"Real Sosyedad"ın baş məşqçisi İmanol Alquasil cari mövsümün sonunda vəzifəsindən ayrılacaq.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2011-ci ildən bu yana "Real Sosyedad"da çalışır və fəaliyyətinə klubun aşağı yaş qruplarından ibarət komandalarında başlayıb.


Hazırda "Real Sosyedad" La Liqada 42 xalla 9-cu sırada yer alıb.