
İspaniya kubokunu “Barselona” qazandı
- 02:57
- 52
Bu gün İspaniya kubokunun final oyunu keçirilib.
Rekord.az xəbər verir ki, həlledici qarşılaşmada əzəli rəqiblər “Barselona” ilə “Real” üz-üzə gəliblər.
Sevilyadakı Olimpiya stadionunda təşkil olunmuş matç Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Barselona" İspaniya kubokuna sahib çıxıb.
Bu, “Barsa”nın 32-ci kubok zəfəridir. “Real” isə 20 dəfə bu sevinci yaşayıb.
İspaniya kuboku
Final
26 aprel
Barselona - Real 3:2
Qollar: Pedri, 28. Torres, 84. Kunde, 116 - Mbappe, 70. Tçaumeni, 77.