İspaniya Kubokunun final oyunun keçiriləcəyi stadion açıqlanıb.

Rekord.az İspaniya Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, matç Sevilya şəhərindəki Olimpiya stadionunda keçiriləcək. Qarşılaşma aprelin 18-də baş tutacaq.

Stadion bundan əlavə növbəti 3 final matçına da ev sahibliyi edəcək.

Qeyd edək ki, İspaniya Kubokunun 1/4 finalında "Qranada" "Valensiya"nı 2:1 hesabı ilə məğlub edib və yarımfinala yüksəlib. Digər görüşlərdə isə "Mirandes" "Vilyareal"la, "Real" "Real Sosyedad"la, "Barselona" isə "Atketik"lə qarşılaşacaq.