İspaniya mətbuatı "Qarabag"la oyuna ciddi yanaşmır
- 21 Noy 2019 16:21
- 1475
Noyabrın 28-də "Ramon Sançes Pisxuan"da "Qarabağ"ı qəbul edəcək "Sevilya" bu görüşə var gücünü sərf etməyəcək.
Rekord.az xəbər verir ki, İspaniyanın məşhur AS nəşri belə iddia ilə çıxış edib.
Həmkarlarımızın fikrincə, Sevilya təmsilçisi Avroliqanın 1/16 finalına çıxmaq vəzifəsinin öhəsindən vaxtından əvvəl gəldiyi və La Liqada daha yaxşı nəticələr göstərmək üçün "Qarabağ"la qarşılaşmada ciddi səy göstərməyəcək.
İspaniya mətbuatı eyni zamanda andalusiyalıların baş məşqçisi Xulen Lopeteginin komandadakı keçmiş həmkarı Xorxe Sampaolinin rekordunu təkrarlamaq niyyətində olduğunu yazır. Argentinalı məşqçi Primeroda 2016-cı ilin son 5 oyununun 4-də 3 xala sevinmişdi. AS-ın iddiasına görə, Lopeteginin əsas hədəfi bu 5 görüşdən 15 xal toplamaqdır. "Sevilya" ilin sonuna qədər "Valyadolid", "Osasuna" və "Malyorka"yla səfərdə, "Leqanes" və "Vilyarreal"la isə evdə qarşılaşacaq.
İspan həmkarlarımız Lopeteginin Sampaolidən fərqli, bütün diqqətini la Liqaya yönəltməsini nəzərə alaraq indiki vəziyyətdə daha şanslı olduğu qənaətindədir: "Xorxe Sampaoli o vaxt La Liqa görüşləri ilə yanaşı, ÇL-də "Yuventus" və "Lion"la üz-üzə gəlmişdi, qrupda vəziyyəti elə də yaxşı deyildi. Amma komanda indi AL-də qrup liderliyini çoxdan təmin edib. Buna görə "Qarabağ" və APOEL-lə matçlar Lopetegi üçün formal xarakter daşıyır. Həm də rəqiblərin "Yuventus" və "Lion" səviyyəsində olmadığını nəzərə almalıyıq".