İspaniya millisi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Rodri AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Albaniya ilə oyunda meydana çıxa bilməyəcək.

"Mançester Siti"də çıxış edəm yarımmüdafiəçi dünən İtaliya ilə görüşdə sarı vərəqə alıb. Xorvatiya ilə ilk turun oyununda da sarı vərəqə görən futbolçu cəzalı duruma düşüb.

Albaniya - İspaniya matçı iyunun 24-də keçiriləcək. İspaniya millisi artıq pley-offa vəsiqəni təmin edib.