İspaniya millisinin üzvü yeni klubu ilə rəsmi müqaviləyə imza atdı
- 03 Avq 2024 18:00
- 174
İspaniya millisinin futbolçusu Roben Le Normandın yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, "Atletiko" (Madrid, İspaniya) 27 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalayıb.
Le Normandın sonuncu klubu La Liqanın digər təmsilçisi "Real Sosyedad" olub.
O, İspaniya millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatının qalibi olub.