
İspaniya üçün ÇL-ə 5-ci vəsiqə
- 18 Apr 2025 16:00
- 59
İspaniya Çempionlar Liqasının 2025/26 mövsümündə 5 komanda ilə təmsil olunacaq.
Rekord.az xəbər verir ki, bu, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra rəsmiləşib.
“Latsio” penaltilər seriyasında “Bodo Qlimt”ə uduzaraq mübarizəni dayandırıb. Bununla da İtaliyanın UEFA reytinqində İspaniyanı keçmək şansı qalmayıb.
Düzdür, “İnter” ÇL-də, “Fiorentina” Konfrans Liqasında mübarizəni davam etdirir. Amma hazırda 21,187 xala malik İtaliyanın 23,250 xalı olan İspaniyanı keçməsi mümkün olmayacaq. Bu isə 2-ci yerin sahibi kimi İspaniyaya 5-ci vəsiqə verir. 1-ci yerdə olan İngiltərə 5-ci vəsiqəni daha öncə təmin edib.
Qeyd edək ki, İspaniyanın üç klubu yarımfinalda mübarizəni davam etdirir. “Barselona” Çempionlar Liqası, “Atletik” Avropa Liqası, “Betis” Konfrans Liqasında kuboka iddiasını davam etdirir.