İspaniyada daha bir futbolçunun evi qarət olundu
- 18 Okt 2019 19:20
- 749
İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Andre Zambo-Anqissanın evi qarət olunub.
Rekord.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin evindən 100 min avro dəyərində zinyət əşyası oğurlanıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Hadisə ötən bazar günü baş verib. Hansı ki, həmin gün cinayətkar dəstə “Real” və “Atletiko”nun bəzi futbolçularının da evini qarət etməyə cəhd göstərib.
Bir müddət əvvəl “Vilyarreal”ın futbolçusu Toko Ekambi, “Valensiya”lı Ezekiel Qaray, Qabriel Paulista və Joffrey Kondoqbianın da evi qarət olunmuşdu. Hansı ki, onlar da Zambo Anqissanın evinə yaxın ərazidə yaşayırlar.
“Vilyarreal” Anqissanı bu yay “Fulhem”dən 1 illik icarəyə götürüb.