İspaniya La Liqasında 2023/2024 mövsümünün ən yaxşı gənc futbolçusu (23 yaşa qədər) adına namizədlərin siyahısı açıqlanıb.

Rekord.az xəbər verir ki, bu mükafata 10 futbolçu iddia edir.

Maraqlıdır ki, “Real”ın aparıcı futbolçularından olan 20 yaşlı Cud Bellinqemin adı siyahıya salınmayıb.

1. Lamin Yamal (“Barselona”)
2. Xavi Qerra (“Valensiya”)
3. Rodriqo (“Real”)
4. İan Koutu (“Jirona”)
5. Savio ("Jirona")
6. Conni Kardozo (“Betis”)
7. Pau Kubarsi (“Barselona”)
8. Miqel Qutyerres (“Jirona”)
9. Takefusa Kubo (“Real Sosyedad”)
10. Niko Uilyams (“Atletik”)

Qeyd edək ki, La Liqada mövsümün ən yaxşı gənc futbolçusu mükafatının qalibi mayın 28-də keçiriləcək mərasimdə açıqlanacaq.