İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Elçe”dən Qonsalo Vilyarı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Roma” Vilyar üçün klubuna 4 milyon avro ödəyib.

Vilyar bu mövsüm “Elçe” ilə İspaniya Sequndasında 20 oyunda 1 qol vurub.