İspaniyalı qapıçı uzun müddətə sıradan çıxdı
- 19 İyl 2024 15:20
- 167
İspaniya milli komandası ilə Avropa çempionu olan "Atletik"in qapıçısı Unai Simon biləyindən əməliyyat olunub.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, 27 yaşlı qolkiperin sağalması təxminən 4-5 ay vaxt aparacaq.
Xatırladaq ki, Almaniyada keçirilən AÇ-2024-də Simon 6 oyuna çıxıb və 4 qol buraxıb.