ISSF rəsmisi: Azərbaycana gəlmək mənim üçün həmişə xoş olub
- 01 May 2024 14:20
- 200
Azərbaycana gəlmək mənim üçün həmişə xoş olub.
Rekord.az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək Dünya Kubokundan əvvəl təşkil olunan mətbuat konfransında Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Texniki Komitəsinin üzvü Abdulla Al Hamadi deyib.
ISSF rəsmisi Bakıda təşkilatçılığın həmişə yüksək səviyədə olduğunu bildirib: "Dünyanın müxtəlif ölkələrində olmuşam. İnanın, bu cür şərait hər yerdə olmur. Belə qonaqpərvərliyə və təşkilatçılığa görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Hava limanından bura qədər hər şey möhtəşəm idi. Bizi qarşıda maraqlı mübarizə bizi gözləyir". (Report)
Qeyd edək ki, Dünya Kuboku mayın 2-dən 11-dək təşkil olunacaq.