“İstədiyimiz müdafiəni qura bilmədik”.


Rekord.az xəbər verir ki, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç deyib.


Mütəxəssis səfərdə "Gəncə"yə uduzduqları (71:94) Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:


"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Evdə oynamağın üstünlüyündən yaxşı yararlandılar. Oyunçularımız yorğun idi, ehtiyat heyətimiz də kasaddır. Əsas basketbolçularımız da istədiyimiz performansı nümayiş etdirə bilmədilər. “Gəncə” 60-70 faiz 3 xallıq atışlardan istifadə etdi. Biz son vaxtlar 3 xallıq atışlarda problem yaşayırıq. Bunu son oyunda düzəltməyə çalışacağıq".


Qeyd edək ki, ilk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.