Azərbaycan milli komandasının noyabrın 19-da İsveç yığması ilə Solnada keçirəcəyi UEFA Milətlər Liqasının sonuncu tur oyununun hakim təyinatları açıqlanıb.


Rekord.az xəbər verir ki, “Strouberri Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək:


İsveç - Azərbaycan

Baş hakim: Paweł Raczkowski

Baş hakimin köməkçiləri: Radosław Siejka, Adam Kupsik

Dördüncü hakim: Wojciech Myc

“Strouberri Arena”. Saat 23:45