“İsveçə qələbə üçün gəlmişdik” - Qurban Qurbanov
- 13 Dek 2024 02:47
- 96
“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin "Elfsborq" komandasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Yaxşı müdafiə olunan komandaya qarşı mübarizə aparırdıq. Təəssüf ki, məğlub olduq. İsveçə qələbə üçün gəlmişdik. Oyunçularım sona qədər mübarizə apardılar. Lakin futbol səhvlərin üzərində qurulan bir oyundur. Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük.
Hər bir halda futbolçularıma təşəkkür edirəm. Onlar bu il çox əziyyət çəkdilər. Cari il uğursuz nəticələrimiz olsa da, irəlidəki görüşlərə baxacağıq. Daha da böyümək üçün. Bizim üçün bu illki Avropa Liqasının oyunları böyük təcrübə oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.