İtaliya çempionatının da oyunları dayandırıldı
- 10 Mar 2020 15:34
- 858
İtaliyada voleybol yarışları dayandırılıb. “Rekord.az” xəbər verir ki, bununla bağlı İtaliya Olimpiya Komitəsi qərar qəbul edib.
Qurumun qərarına əsasən, koronavirusun İtaliyada daha da artmasının qarşısını almaq məqsədilə ölkə ərazisində bütün idman növləri üzrə çempionatlara, eləcə də, qadın və kişilər arasında bütün liqa oyunlarına fasilə verilib.
Bir araya gələn Super Liqa İdarə heyəti yekdilliklə İtaliya Olimpiya Komitəsinin qəbul etdiyi qətnaməyə əməl etməyi qərara alıb. Beləliklə də, İtaliyada voleybol yarışlarının 3 aprel tarixinədək təxirə salınıb.