Qadın voleybolçular arasında dünya çempionatında bürünc medal uğrunda görüş baş tutub. "Rekord.az" xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən oyunda İtaliya və ABŞ yığmaları üz-üzə gəliblər.

Görüş əvvəlcədən favorit hesab olunan italyanların üstünlüyü ilə keçib. İlk hissədə rəqib qarşısında çətinlik çəkən ABŞ voleybolçuları üçüncü setdə ciddi müqavimətlə yadda qalıblar. Hesabı 24:20-ə çatdıran amerikalılar bir neçə set sayı üstünlüyündən yararlana bilməyiblər. Geri dönüş etməyi bacaran avropalılar 3 set davam edən matçda quru hesablı (3:0 25:20, 25:15, 27:25) qələbə qazanıblar. 

Beləliklə, İtaliya millisi dünya çempionatının bürünc medalına sahib çıxıb. ABŞ yığması isə mundialda dördüncü yerlə kifayətlənməli olub.