İtaliyanın SPAL klubu baş məşqçisi Leonardo Sempliçi ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sempliçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

İtaliya mətbuatı SPAL-ı Azərbaycan millisində baş məşqçi postuna namizədlərdən olan Luici Di Byaconun çalışdıracağını iddia edir.

SPAL A Seriyasında sonuncu pillədə qərarlaşıb.