“Sassuolo” baş məşqçisi Alessio Dionisi ilə yollarını ayırıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sassuolo”ya müvəqqəti olaraq gənclərdən ibarət komandanın məşqçisi Emiliano Biqiç rəhbərlik edəcək.

Dionisi 2021-ci il iyulun 1-dən “Sassuolo”ya rəhbərlik edirdi. “Sassuolo” hazırda A Seriyasının turnir cədvəlində 20 xalla 17-cidir. Komanda son 6 görüşdə qələbə qazana bilməyib.