İtaliyanın “Kalyari” klubu baş məşqçisi Rolando Maranı istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Karyerası ərzində “Breşiya, “Bari”, “Kataniya”, “Kyevo” kimi klubları da çalışdırmış Maran, “Kalyari”yə 2018-ci ildən rəhbərlik edirdi. Onun rəhbərliyi altında son 11 oyunda qələbəyə həsrət qalan komanda 32 xalla 11-ci pillədə qərarlaşıb.

Artıq “Kalyari”nin yeni baş məşqçisi də bəllidi. Klub rəhbərliyi Maranı Valter Zenqa ilə əvəz edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, İtaliya yığmasının sabiq qapıçısı ilə 2021-ci ilin yayına kimi müqavilə imzalanıb. 59 yaşlı mütəxəssis daha öncə “Venetsiya”, “Krotone”, “Vulverhempton”, “Əl-Şabab”, “Sampdoriya”, “Palermo”, “Kataniya” və başqa klublarda çalışdırıb.