İtaliyanın “Cenoa” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi İvan Radovanoviç sıradan çıxıb.

O, İtaliya çempionatının 24-cü turu çərçivəsində “Bolonya”ya 3:0 hesabıyla qalib gəldikləri oyunda zədələnmişdi.

Oyundan sonrakı müayinələr zamanı serbiyalı futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Diz çarpaz bağlarında yırtıq aşkarlanan 31 yaşlı oyunçu artıq əməliyyat olunub.

Klubun rəsmi saytının yaydığı məlumata görə, Radovanoviç üçün artıq bu mövsüm bitmiş hesab olunur. Onun ən yaxşı halda yay təlim-məşq toplanışı dönəmində sıraya dönməsi ehtimal olunur.