İtaliya klubunda yeni baş məşqçi
- 29 Dek 2019 13:20
- 804
İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi Davide Nikolaya tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı məşqçi yeni klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb. Amma tərəflər bu müqavilənin müddətini uzatmaqla bağlı indidən ilkin razılıq da əldə ediblər.
“Cenoa”nın yetirməsi olan, futbolçu karyerasının böyük hissəsini bu komandada keçirmiş Davide Nikola məşqçiliyə 2010-cu ildən başlayıb. 46 yaşlı mütəxəssis “Lumetsane”, “Livorno”, “Bari”, “Krotone” və “Udineze” klublarını çalışdırıb.
A Seriyasında cari mövsümün ən uğursuz komandası olan “Cenoa” hazırda 11 xalla sonuncu pillədə qərarlaşıb.