İtaliya klubunda yeni baş məşqçi
- 06 İyl 2024 18:00
- 160
İtaliya A Seriyasında çıxış edən “Kalyari” klubu rəsmi saytı vasitəsilə yeni baş məşqçinin adını açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı əvvəlki iş yeri “Empoli” olan Davide Nikola təhvil alıb.
51 yaşlı çalışdırıcının “Kalyari” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.
Klaudio Ranyeri 2023/24 mövsümünün sonunda “Kalyari”ni tərk edib. Komanda İtaliya çempionatının son mövsümünü 16-cı pillədə başa vurub.