İtaliya Millətlər Liqasının qalibi oldu
- 17 İyl 2022 21:10
- 506
Qadın voleybolçular arasında Millətlər Liqası başa çatıb. "Rekord.az" xəbər verir ki, Ankarada təşkil olunmuş yarışın qalibi adını İtaliya qazanıb.
Son Avropa çempionu finalda Braziliya ilə qarşılaşıb. Görüş gözlənildiyi kimi italyanların üstünlüyü ilə keçib. İtaliya rəqibinə heç bir şans verməyib və oyunun taleyini 3 setdə həll edib. Braziliya gümüş medalla kifayətlənməli olub.
Turnirin bürünc medalına isə Serbiya sahib çıxıb. Serblər üçüncülük uğrunda görüşdə meydan sahibləri ilə qarşılaşıblar. Türkiyə millisinin doğma azarkeşlər möhtəşəm dəstəyinə baxmayaraq, rəqibi qarşısında aciz qalıb. Serbiya 3 setdə qalib gəlməklə turnirin üçüncüsü olub.
Millətlər Liqası
Ankara, Türkiyə
17 iyul
Final
İtaliya - Braziliya 3:0 (25:23, 25:22, 25:22)
Üçüncü yer uğrunda
Türkiyə - Serbiya 0:3 (25:27, 17:25, 24:26)