Futbol üzrə İtaliya millisi AÇ-2020-nin seçmə mərhələsində Lixtenşteyni 5:0 hesabıyla məğlub edib.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada İtaliya millisi əvvəlki rekordunu təzələyib. 

Belə ki, Roberto Mançininin rəhbərlik etdiyi kollektiv ardıcıl 9 oyundu qələbə qazanır. İtaliya yığmasının qalibiyyət seriyası 2018-ci ilin martında ABŞ-la oyundan (1:0) başlayıb.

İtaliya millisi sonuncu dəfə 1938-1939-cu illərdə ardıcıl 9 qələbə qazanmışdı.

İtaliya yığması AÇ-2020-nin seçmə mərhələsində yer aldığı J qrupunda 24 xalla liderdi.