İtaliya Avropa çempionatlarında ardıcıl 10-cu matçda uduzmayıb.

Rekord.az xəbər verir ki, bu, dünən AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda baş tutan Albaniya ilə oyunda reallaşıb.

Görüş italyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda 7 qələbə və 3 heç-heçə ilə Avropa çempionatında ardıcıl məğlubiyyətsiz seriyanı davam etdirib. Bu, milli tarixində ikinci belə haldır.

İtaliya yığması 3 xalla B qrupuna başçılıq edir. Komanda növbəti matçı iyunun 20-də İspaniyaya qarşı olacaq.