İtaliya millisinin futbolçusu Rikkardo Kalafiori zədələnib.

Rekord.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Fransaya 3:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının matçında sıradan çıxıb.

O, görüşün 71-ci dəqiqəsində rəqib oyunçu Usman Dembele ilə toqquşub. 71-ci dəqiqədə əvəzlənən Kalafiori topuğundan zədə alıb.

Müdafiəçi sentyabrın 9-da səfərdə İsrailli matçda iştirak edə bilməyəcək.