İtaliyanın “Sassuolo” klubu hücumçusu Domeniko Berardi ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

25 yaşlı forvardla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2022-ci ilə qədər idi.

İtaliya yığmasının da üzvü olan Berardi “Sassuolo”nun öz yetirməsidi. O, bu komandanın heyətində 236 oyuna çıxıb, 80 qola imza atıb.

Berardi bu mövsüm çıxdığı 6 oyunda isə 6 qolla yadda qalıb.