İtaliya millisinin sabiq üzvü dünyasını dəyişib
- 2024-09-18 16:41
- 108
İtaliya millisinin sabiq futbolçusu, dünya çempionatının "Qızıl buts" mükafatçısı Salvatore Skillaçi 59 yaşında dünyasını dəyişib.
Rekord.az "Mirror"a istinadən xəbər verir ki, keçmiş hücumçuya xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu.
Millinin "Toto" ləqəbli sabiq üzvü 1990-cı ildə keçirilən dünya çempionatında "Qızıl buts" mükafatına layiq görülmüşdü. O, Almaniya yığmasının çempion olduğu yarışı 6 qolla bombardir kimi başa vurmuşdu.