İtaliya millisinin vunderkindi hesab edilən Moyze Kinin atası oğlunun İngiltərəyə yollanmaqda səhv addım atdığını deyib.

Rekord.az xəbər verir ki, Cin Kin Moyzenin təcili surətdə İtaliyaya qayıtmalı olduğunu bildirib.

"Onun "Everton"a keçidi yanlış addım oldu. Mənim heç xoşuma gəlmədi. İnkişaf etmək istəyirsə, dərhal İtaliyaya qayıtmalıdır. Məsələn, Moyze "Roma"da daha yaxşı çıxış edə bilər.

19 yaşlı hücumçu Liverpul klubuna bu ilin avqustunda 30 milyon avro müqabilində "Yuventus"dan transfer edilib. Cari mövsüm İngiltərə klubunda 9 oyun keçirən forvard 2018-ci ildən dəvət aldığı İtaliya yığmasında keçirdiyi 3 görüşə 2 qol vurub.