Həftəsonu İtaliyadakı İmola trasında keçirilməsi planlaşdırılan Emiliya-Romanya qran-prisi ləğv edilib.
Rekord.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, buna hava şəraiti ilə bağlı daşqınların baş verməsi səbəb olub.
Xatırladaq ki, yarış 19-21 mayda keçirilməli idi.