İtaliyalı futbolçunun ürəyinə əməliyyatla defibrilyator qoşuldu
- 10 Dek 2024 23:52
- 80
İtaliyanın "Fiorentina" klubunun 22 yaşlı yarımmüdafiəçisi Edoardo Boveyə əməliyyatla ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılıb.
Rekord.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Əməliyyatdan sonra idmançının sağlamlığı üçün təhlükə aradan qalıdırılıb. Lakin İtaliya idman təbabəti və kardiologiya normalarına əsasən, defibrillyator quraşdırılmış oyunçular yarış müsabiqələrində iştirak edə bilməzlər.
O, şənbə günü xəstəxananı tərk edərək evə buraxılacaq.
Futbolçu A Seriyasının 14-cü turunda, "İnter"lə oyunda huşunu itirdikdən sonra reanimasiyaya yerləşdirilib.