İtaliyalı hücumçu 6 aylıq sıradan çıxdı
- 20 Fev 2020 13:40
- 731
İtaliyanın “Kalyari” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Leonardo Pavoletti sıradan çıxıb.
İtaliyalı futbolçunun sol diz çarpaz bağlarında qırıq aşkarlanıb. Bu üzdən də 31 yaşlı oyunçu əməliyyat olunub.
Klubun rəsmi saytının yaydığı məlumata görə, bu həftəni xəstəxanada keçirəcək Pavolettinin bərpa prosesinə gələn həftədən start veriləcək. Təcrübəli hücumçu üçün artıq bu mövsüm bitmiş hesab olunur. İtaliya millisinin sabiq üzvü 6 ay sonra yaşıl meydanlara qayıda biləcək.