İtaliyanın idman naziri: "Çempionatın mayın 3-də başlayacağına inanmıram"
- 28 Mar 2020 19:12
- 583
İtaliyanın idman naziri Vinçenzo Spadafora A Seriyasının bərpa olunması ilə bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, idman naziri, çempionatın may ayının əvvəlində bərpa olunmasının çətin olduğunu bildirib:
“Çempionata aprelin sonunda və ya mayın əvvəlində davam edə biləcəyimizlə bağlı nikbin fikirlər var. Turnirlər yenidən keçirilməyə başlasa, oyunların boş tribunalar qarşısında oynanılacağını əminliklə deyə bilərəm.
Amma çempionatın mayın 3-də başlayacağına inanmıram. Son qərarı İtaliya Futbol Federasiyası verəcək, amma liqanın may ayında bərpa olunmaq ehtimalı çox azdır.
Federasiya çempionatları yayın sonunadək dayandıra bilər. Oyunların keçirilməsinin iyul və avqust aylarında davam etmək ehtimalı da var”.
Daha əvvəl yayılan xəbərlərdə A Seriyasında oyunların mayın əvvəlində bərpa olunacağı bildirilmişdi.