İtaliyanın məşhur qəzeti "Başakşəhər"dən üzr istədi
- 18 Dek 2019 15:23
- 707
İtaliyanın məşhur “La Gazzetta dello sport” qəzeti “Başakşəhər”dən üzr istəyib.
Rekord.az xəbər verir ki, buna səbəb qəzetin Avropa Liqasının 1/16 final mərhələsində qarşılaşacaq rəqiblər haqda yazıda “Başakşəhər”i “Beşiktaş”ın loqosu altında təqdim etməsi olub.
İstanbul klubu hadisəyə dərhal reaksiya verib və "Tvitter" üzərindən qəzetin hesabına bayquş videolu və “Loqomuzun bu olduğundan əminsiniz?” başlıqlı mesaj yazıb.
Bundan sonra İtaliya nəşri başqa bir bayquş videosu altında Türkiyə təmsilçisindən üzr istəyərək bu sözləri yazıb: “Üzrlü sayın, səhv etmişik. Xahiş edirik, üzrümüzü qəbul edin”.