İtaliyanın qadın voleybolçulardan ibarət "Igor Gorgonzola Novara" klubunun oyunçusu Julia İtuma faciəvi şəkildə ölüb. "Rekrod.az" xəbər verir ki, 19 yaşlı hücumçu otelin pəncərəsindən yıxılaraq həyatı ilə vidalaşıb.

Hadisənin dünən keçirilən oyundan sonra baş verdiyi bildirilir. Belə ki, İtaliya təmsilçisi Çempionlar Liqasının yarımfinalı çərçivəsində İstanbulda yerli "Eczacıbaşı" klubu ilə cavab matçına çıxıb. Quru hesabla uduzan komanda bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

2004-cü il təvəllüdlü voleybolçu Nigeriya əsilli İtaliya vətəndaşıdır. O, İtaliya voleybolunun gələcək parlaq siması kimi diqqəti cəlb etmişdi. Julia İtuma İtaliya millisi ilə EYOF-un və U-19 Avropa çempionatının qalibi olub.