İtkisiz irəliləyən iki klub qaldı
- 27 Okt 2019 01:20
- 1200
Basketbol üzrə Azərbaycan Super Liqasında 3-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu oyun günündə üç görüş baş tutub.
Qarşılaşmalar sensasiyasız ötüşüb:
Xırdalan – Gəncə 82:60
Sıçrayış – Atom 60:100
Atletik – 80-lər 87:64
Xatırladaq ki, ilk oyun günündə “Sərkərdə” “Zirvə”yə məğlub olmuşdu – 77:89.
3-cü turdan sonra "Zirvə" və "Atletik" turnir cədvəlinə başçılıq edirlər.
“Zirvə”, “Atletik” - 6, “Atom” - 5, “Xırdalan”, “Sərkərdə”, “Gəncə”, “Sıçrayış” - 4, “80-lər” - 3.