Jelko Sopiç: “Sabah” “Barselona” deyil”
- 15 Fev 2020 19:21
- 802
“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, paytaxt klubunun xorvatiyalı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
- Düşünürən ki, 70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz "Barselona" deyilik. Buraya gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. "Sumqayıt"ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik.
- Hər iki qolda Amadu Diallo iştirak etdi. Bunu düşünürdüz?
- Hər zaman oyunun gedişatını izləyirsiz. Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər 2 əvəzetmə haqda bunu deyə bilməzdim. Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq.
- Bəhlul və Təmkin nə üçün yox idi?
- Sarı vərəqə cəzalısı idilər.
- Onları əvəz edənlər gələcək üçün hansısa siqnal verdimi?
- Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm? (komanda.az)