Jiru Fransa millisindən getdi
- 15 İyl 2024 23:01
- 170
“Los Anceles Qalaksi”nin futbolçusu Olivye Jiru Fransa millisindəki karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında yazıb.
Jiru Fransa millisində 2011-ci ilin noyabrında ABŞ-la oyunda (1:1) debüt edib. Milli komandada 13 il ərzində forvard 137 oyuna çıxıb, 57 qol vurub və 15 qolun ötürməsini verib. Onun millidə son matçı İspaniya ilə AÇ-2024-ün yarımfinal oyunu olub (1:2).