Deyəsən, Kamran Ağayevin “Səbail”dəki günləri başa çatmaq üzrədi.

Rekord.az xəbər verir ki, vaxtilə yığmanın da şərəfini qoruyan qolkiperlə “dənizçilər”un baş məşqçisi Aftandil Hacıyev arasında narazılıq yaşanıb.

Əldə etdiymiz məlumata görə, premyer-liqada yaranan fasilədə baş məşqçi “ikinci heyət”ə məşqə gəlməyi tapşırıb. Əsas heyətin oyunçularının olmayacağını bilən qolkiper Hacıyevə “onlar yoxdusa, mən niyə gəlməliyəm” deyib. Çalışdırıcı isə onun bu sözlərinə qarşılıq olaraq “istəyirsən, ümumiyyətlə, gəlmə” söyləyib və onun xidmətinə ehtiyac duymadığını bildirib.

Həmin gündən Ağayev “dənizçilər”in məşqlərinə qatılmır. Məhz bu səbəbdən “Sumqayıt”la oyunda nə meydanda, nə də ehtiyat oyunçular skamyasında gözə dəyib. ("Futbol plus")