Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 26-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tomsk” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.

“Ximki” 26 turdan sonra 53 xalla 20 kollektiv arasında 1-2-ci pillələri bölüşür.