Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 23-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rotor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Kamran da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.

“Ximki” 23 turdan sonra 46 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.