Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Türkiyənin paytaxtı Ankarada Türkiyə Ağırlıqqaldırma Federasiyasının (TAF) prezidenti Tələt Ünlü ilə görüşüb.

Rekord.az xəbər verir ki, görüş zamanı federasiyalar arasında münasibətlərin sıxlaşdırılması və daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin digər məsələlər müzakirə edilib. 

Sonda xatirə şəkli çəkdirilib.