İngiltərənin “Uotford” klubunun və Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone Fransa təmsilçisi Marsel “Olimpik”inə transfer olunub.

Rekord.az xəbər verir ki, 22 yaşlı futbolçu Liqa 1 təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Kone 2023-cü ilin əvvəlində "Monreal" klubundan "Uotford"a keçib. O, ötən mövsüm Çempionşipdə 42 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi Kanada millisinin heyətində 21 oyunda 2 qol vurub.