Xorvatiyanın “Dinamo” klubu baş məşqçi Fabio Kannavaro ilə bağlı qərar verib.


Rekord.az xəbər verir ki, Zaqreb təmsilçisi italiyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


51 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib 


Fabio Kannavaro ötən ilin 29 dekabrında “Dinamo”nun baş məşqçisi təyin olunmuşdu. Paytaxt klubu ölkə çempionatında 28 turdan sonra 46 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.