“Kapital Bank Arena” Mehdi Hüseynzadə adına stadiona birləşdiriləcək ÖZƏL!
- 02 Yan 2020 15:00
- 1922
2012-ci ildə Sumqayıtın sabiq icra başçısı Eldar Əzizovun rəhbərliyi dövründə Mehdi Hüseynzadə adına şəhər stadionunun bir hissəsi SOCAR-a verilmiş və bu ərazidəki qış idman sarayı (“katok”) sökülərək onun yerində “Kapital Bank Arena” inşa olunmuşdu. Zakir Fərəcov icra başçısı təyin olunandan sonra stadion ərazisinə baxış keçirmiş və bu layihəni sərt şəkildə tənqid etmişdi.
Rekord.az-a daxil olan məlumata görə, Mehdi Hüseynzadə adına şəhər stadionunda yenidənqurma işləri başa çatdıqdan sonra hər şey əvvəlki vəziyyətinə qaytarılacaq.
Belə ki, “Kapital Bank Arena” və ona bitişik bütün meydançalar SOCAR-dan alınaraq yenidən şəhərin mərkəzi stadionunun ərazisinə qaytarılacaq.