Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu yendənqurmadan sonra istifadəyə verildikdən sonra hazırkı “Kapital Bank Arena” və ətrafdakı ehtiyat meydançalar da SOCAR-ın balansından çıxarılaraq yenidən stadionun ərazisinə qaytarılacaq.

Rekord.az xəbər verir ki, bu, icra başçısı Zakir Fərəcovun birbaşa istəyi və göstərişidir.

Çünki Fərəcov hələ başçı təyin olunduğu ilk günlərdə stadionda olarkən “katok”un (qış idman sarayı) sökülməsini qanunsuzluq adlandırmış və eyni zamanda “Kapital Bankr Arena”nın tikintisini də qanuna zidd hesab etmişdi. Başçı hələ o vaxt anons vermişdi ki, Mehdi Hüseynzadə adına stadion yenidən qurulandan sonra “Kapital Bank Arena” yenidən əsas stadionun balansına keçiriləcək. Bütün bunların baş tutması fonunda “Kapital Bank Arena”nın adı da ləğv olunacaq. Çünki həmin stadion artıq müstəqil yox, Mehdi Hüseynadə adına stadiona tabe olacaq və onun ehtiyat meydançası sayılacaq.