Kapitan millimizin hazırlıqlarından danışdı
- 01 İyl 2022 16:07
- 487
Qadın voleybolçulardan ibarət Azərbaycan millisin İslam Oyunlarına və Avropa birinciliyinin seçmə mərhələsinə hazırlıqları davam etdirir. "Rekord.az" hazırda mingəçevirdə təlim-məşq toplanışında olan komandamızın üzvü Ayşən Abduləzimova federasiyanın mətbuat xidməti ilə fikirlərini bölüşüb.
Kapitanımız məşqlərə gec qatılmasına aydınlıq gətirib: ""Vasas"ın heyətində Macarıstandakı yarışlar başa çatdıqdan sonra Bakıya qayıtmışam. Amma zədələrim olduğundan məşqlərə qatıla bilmədim. Bir ay müalicə aldım. Artıq müalicəm başa çatıb və Mingəçevirdə təşkil olunan təlim-məşq toplanışında fərdi məşqlərə başlamışam".
Təcrübəli blokçumuz yığmanın düşərgəsindəki əhvaldan da danışıb: "Komandamızda yüksək əhval-ruhiyyə var. Artıq hücumçumuz Odina Əliyeva da bizimlə birgə məşqlərə qoşulub. Bir neçə voleybolçumuz da yaxın günlərdə düşərgədə olacaqlar.
İnanıram ki, Avropa Çempionatının təsnifatı və İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq”.