Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova daha bir beynəlxalq turnirdə mübarizə aparır. "Rekord.az" xəbər verir ki, kapitanımızın şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu yeni mövsüm öncəsi Yunanıstanda təşkil olunmuş beynəlxalq hazırlıq turnirində ilk oyununa çıxıb.

Santorini adasında keçirilən yarışda Macarıstan çempionunun ilk rəqibi Kiprin "Olympiada Neapolis" klubu olub. Kipr çempionatının son qalibi və kubokun finalçısı ilə qarşılaşmada voleybolçumuzun komandası çətinlik çəkməyib. Ayşən və rəfiqələri 3 set davam edən matçda rəqibinə heç bir şans verməyib - 3:0 (25:8, 25:16, 25:16).

"Vasas"ın asan qələbə qazandığı görüşdə yığmamızın üzvü 7 dəfə fərqlənməklə komandasının bu uğurunda əsas pay sahiblərindən biri olub.