Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" 13-cü turda "Bekescsaba" klubunun qonağı olub.

Görüş voleybolçumuzun komandası üçün pis keçib. 3 set davam edən matçda Ayşən və rəfiqələri qquru hesablı məğlubiyyətlə barışmalı olublar 0:3 (17:25, 22:25, 25:27).

Çempionatda komandasının ilk məğlubiyyətini aldığı qarşılaşmada millimizin və "Vasas"ın kapitanı 8 dəfə fərqlənib. Abduləzimova bu xallardan 5-ni hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, "Vasas" məğlub olmasına baxmayaraq, turnir cədvəlində liderliyi davam etdirir. Komandanın hesabında 35 xal var və ən yaxın izləyicisi olan "Bekescsaba"nı 5 xal qabaqlayır.